Elm günü bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır
29.03.2023 09:40

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 27 mart - Elm gününə həsr olunan tədbir keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə AMEA-nın vitse-prezidenti, müəssisənin baş direktoru, akademik İradə Hüseynova Elm günü münasibətilə əməkdaşları təbrik edib. O, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edən bu günün elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı olduğunu vurğulayıb.

 

Daha sonra institutun Populyasiya genomiksi laboratoriyasının müdiri, b.ü.f.d., dosent Nurməmməd Mustafayev “İnsanın antropogenezi, miqrasiyaları və genetik biomüxtəlifliyi” və həmin laboratoriyanın kiçik elmi işçisi Zərintac Rüstəmova “Qədim DNT. Müasir insan genomuna qədim hominidlərin inteqrasiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə müasir insana gətirib çıxaran təkamül prosesindən, təkamüldə xüsusi rolu olan hominidlərdən, qədim insanların mirqrasiyaları və qarışmalarından, genetik biomüxtəlifliyindən, qədim DNT, onun ayrılması zamanı yaranan problemlərdən, müasir insan genomuna neandertal və Denisov adamı adlanan hominidlərin inteqrasiyasından, təkamül prosesində mühüm əhəmiyyət kəsb edən bir sıra genlərdən danışılıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır