Elmi seminar: "Uşaqlarda kriptorxizmin etiologiyası, klinika, diaqnostikası və müasir cərrahi yanaşma metodları" 
29.03.2023 08:30

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasinda Uşaq cərrahlığı kafedrasının elmi seminarı keçirilib.

 

Aztibb.az Klinikaya istinadən xəbər verir ki, seminar Uşaq cərrahlığı kafedrasının assistenti Murad Əlibəyov və TCK-nin rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilovun moderatorlu ilə keçirilib.

 

Seminar mövzusu olaraq "Uşaqlarda kriptorxizmin etiologiyası, klinika, diaqnostikası və müasir cərrahi yanaşma metodları" seçilib.

 

Tədbirdə kafedranın müdiri, prof. Ramiz Poluxov seminarın mövzusunun aktuallığından danışıb.

 

Daha sonra mövzuyla bağlı Murad Əlibəyov, Namiq Xəlilov, Hikmət Alşanov və pediatr-neonatoloq Serxan Elbəyiyev fikirlərini səsləndiriblər.

 

Kafedranın həkim-rezidentleri Hüseyn Bayramov, Lamiyə İsmayılzadə və Xəlil Aslanov məruzəylə çıxış ediblər. Məruzələrdə kriptorxizmin etiologiyasında ətraf mühit amillərinin, embrional dönəmdə keçirilmiş xəstəliklərin, anatomik faktor və hormonal disbalansın rolu müzakirə olunub. Xəstəliyin klinika və diaqnostikasında müasir instrumental və laborator metodlar, cərrahi yanaşma üsulları və hormonal terapiyanın əhəmiyyəti haqqında söhbət aparılıb. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib