Səhiyyə Nazirliyinin nümayəndələri Rusiyada beynəlxalq forumda iştirak ediblər
28.03.2023 16:25
Səhiyyə Nazirliyinin nümayəndələri Rusiyanın Sankt-Peterburqda keçirilən “Sağlam cəmiyyət” adlı beynəlxalq forumda iştirak ediblər.
 
Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, beynəlxalq forum səhiyyə, yüksək texnologiyalar və əczaçılıq sənayesinin inkişafının təmin edilməsi, insan resursları və tibbi təhsil sahəsində əməkdaşlığın gücləndirməsi məqsədilə təşkil olunub.
 
Tədbirdə Rusiyanın 53 regionundan və digər xarici ölkələrdən gələn 600-dən çox nümayəndə təmsil olunub.
 
Forumda ölkəmizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Fazil Hüseynbəyov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev və Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov təmsil ediblər.
 
Azərbaycan nümayəndə heyətinin üzvləri ilkin səhiyyənin inkişafı, əhalinin psixi sağlamlığı və səhiyyənin rəqəmsallaşdırılması problemlərinə dair plenar iclaslarda çıxış edib, həmçinin təcrübə mübadiləsi məqsədilə Sankt-Peterburqun tibb və təhsil müəssisələrində olublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır