"Yeni Klinika"da ilk dəfə olaraq İTS daxilində nefroureterektomiya əməliyyatı icra olunub
28.03.2023 09:01
“Yeni klinika”da ilk dəfə olaraq uroloji komanda tərəfindən İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi daxilində ikitərəfli nefroureterektomiya (hər iki böyrəyin sidik axarlarının böyük hissəsi ilə bərabər çıxarılması) əməliyyatı həyata keçirilib.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, 2011-ci ildə son mərhələ böyrək çatışmazlığı diaqnozu səbəbi ilə sağ tərəfli böyrək köçürülməsi əməliyyatı keçirən 1963-cü il təvəllüdlü Əhmədova Nəzmiyyət Soltanhəmid qızı "Yeni Klinika"ya müraciət edib.
 
İllər əvvəl keçirdiyi əməliyyatdan sonra zamanla doğuşdan fəaliyyət göstərməyən böyrəklər təkrarlayan pielonefritlə fəsadlaşan sidik yolları infeksiyasına səbəb olub.
Daha sonra bu fəsadlar köçürülmüş böyrəkdə xroniki rəddetmə əlamətləri yaratdığı üçün pasiyentin müalicə həkimləri doğuşdan olan böyrəklərin çıxarılması üçün "Yeni Klinika"ya istiqamətləndirib.
 
Müvafiq müayinələr nəticəsində pasiyentdə əlavə olaraq bir neçə fəqərədə əlamətsiz keçən çökmə sınıqları da qeydə alınıb.
 
Nevroloq, neyrocərrah və həkim-infeksionistin nəzarətindən sonra tibb üzrə fəlsəfə doktoru Emil Muxtarov, Azad Süleymanov, Məcid Haqverdiyev və rezident Elmin Xəlilovun iştirakı ilə pasiyentə ikitərəfli nefroureterektomiya əməliyyatı icra edilib.
 
Uğurlu əməliyyat keçirən pasiyent 12 saat sonra ayağa qaldırılaraq (mobilizasiya edilərək) sidik kateteri çıxarılıb və qida qəbul etməyə başlayıb.
 
Əməliyyatdan bir neçə gün sonra pasiyentə müvafiq tövsiyə və resept verilərək ambulator müalicəyə yazılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır