Terapevt İlham Əliyev: "Ağrıyan nahiyəyə və şişlərin üzərinə isti qoymaq olmaz"
28.03.2023 09:42
Ağrıyan nahiyəyə və şişlərin üzərinə isti qoymaq olmaz. Pasiyentlər bəzən ağrıyan nayihəyə isidici kompress, isti daş qoyur, isti su vannası qəbul edir və müxtəlif qızdırıcı mazların istifadəsinə üstünlük verirlər. Demək olar ki, bir çoxları daimi olaraq isidiciyə (qrelka) üstünlük verirlər.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkimi, terapevt İlham Əliyev məlumat verib.
 
Həkim bildirib ki, bəzi hallarda (qrelka) istifadə sağlamlığa ziyan vura bilər. Belə ki, səbəbi bilinməyən qarın ağrıları, tromboflebit, qanaxmalar zamanı isidicidən istifadə etmək olmaz. İstənilən orqanda bəd və ya xoş xassəli şişlər, kistlər ola bilər:
 
"Qeyd edilən bu səbəblərdən yaranan ağrının aradan qaldırılması üçün həkimə müraciət etmək əvəzinə, həmin nahiyəyə isidici qoymaqla mövcud olan şişlər daha da aktivləşdirilə bilər. Həmçinin qaraciyər, böyrək, uşaqlıq və yumurtalıq üzərinə diaqnozdan xəbərsiz isidici qoymaq məsləhət deyil. Ona görə də ilk növbədə həkiminizə müraciət edib, yaranan ağrının səbəbini öyrənmək lazımdır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır