Audiometriya testi - Qulaqlarınızın yaşını bilirsiniz?
27.03.2023 09:14

Evdə baba və nənələrimizdən "Televizora xod ver" sözünü tez-tez eşidirik. Buna səbəb zəif eşitmələridir.


Aztibb.az-a LOR Hospitaldan verilən məlumata görə, eşitmənin dərəcəsini yoxlamaq və hansı desibeldə eşitdiyinizi bilmək istəyirsinizsə, klinikanın "Eşitmə Mərkəzinə" müraciət edə bilərsiniz.

Burada Audiometriya cihazı vasitəsilə qulaqların yaşını təyin etmək mümkündür. Bəli nə qədər maraqlı səslənsə də qulaqların yaşı insanın yaşı ilə hər zaman üst – üstə düşməyə bilər. Belə ki, qulaqla bağlı olan və olmayan müəyyən xəstəliklər səbəbindən eşitmə aparatının həssaslığı azala bilər. Bu cihaz vasitəsilə qulaqların yaşını təyin etmək mümkündür.


Bu cihaz vasitəsilə eşitmə zəifliyinin dərəcəsi də ölçülə bilər. Audiometriya testini aparmaq üçün xəstənin qulağına kənar səsləri eşitməsinə mane olan qulaqlıq taxılır. Müxtəlif tezlikli səslər xəstənin qulağına ötürülərək verdiyi reaksiyalar ölçülür. Bunun üçün xəstənin əlinə düyməsi olan kiçik bir cihaz verilir və eşitdiyi hər səsə görə düyməni basmağı tələb olunur.

Qeyd edək ki, Eşitmə Mərkəzində qulağımızın ölçülməsi böyüklərdə Audiometriya testi, uşaqlarda isə BERA və ya Oyun Audiometriyası testi həyata keçirilir.

Bundan əlavə klinikamızda “Ünvanda Audiometriya Xidməti”də mövcuddur ki, siz klinikaya gəlmədən, saatlarla növbədə gözləmədən eşitmə müayinəsini öz olduğunuz yeri tərk etmədən keçə bilərsiz. Bunun üçün 7/24 aktiv olan *0111 Çağrı Mərkəzimiz xidmətinizdədir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev