Keniya və Ruandada Marburq virusu xəbərdarlığı: Sərhədlərdə təhlükəsizlik tədbirləri artırıldı
24.03.2023 09:33

Tanzaniyada Ebolanın əlaqəli növü olduğu bildirilən Marburq virusuna yoluxan 5 nəfərin ölməsindən sonra qonşu ölkələrin sərhəd qapılarında tədbirlər artırılıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla verdiyi məlumata görə, Keniya Səhiyyə Nazirliyinin Baş direktoru Patrick Amothun verdiyi yazılı şərhdə sərhəd məntəqələrində tədbirləri artırdıqlarını deyib.

 

Amoth virusun Tanzaniyanın Keniya sərhədinə yaxın ərazilərdə də aşkar edildiyini qeyd edib. Ruandada isə virusun hələ aşkar edilmədiyini, lakin Tanzaniyadakı vəziyyətin yaxından izlənildiyini və sərhədlərdə tədbirlərin artırıldığını bildirib.

 

Qeyd edək ki, Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib.

 

Meyvə yarasaları vasitəsilə yoluxan Marburq virusu insanlar arasında bədən mayeləri və ya yoluxmuş şəxslərin təması zamanı yayılır. İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli başağrısı, halsızlıq, qusma kimi əlamətlər qəfil özünü göstərir və bir çox xəstələrdə 7 gün ərzində ağır hemorragik simptomlar yaranır.

 

Peyvəndi və ya xüsusi müalicəsi olmayan Marburq virusunun ölüm nisbəti yüzdə 23-90 arasında dəyişir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib