Türkiyəli professorun cərrahi üsulu dünya tibb ədəbiyyatına daxil olub
23.03.2023 21:00

Türkiyənin ginekologiya və doğum üzrə mütəxəssisi, prof. Hakan Aytanın vaginal enteroselin müalicəsi üçün hazırladığı yeni cərrahi üsul dünya tibb ədəbiyyatına daxil olub.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, mövcud cərrahi əməliyyatlarda vaginal yolla enteroselin müalicəsi üçün peritona daxil edildiyi ifadə edilir. H.Aytən qarın içi cərrahi əməliyyatlardan sonra əməliyyatdan sonrakı bitişmələrin tez inkişaf etdiyini, kisəyə girərkən qarın içi orqanların zədələnmə riskinin olduğunu bildirib.

 

Bu baxımdan yeni alternativ metodun hazırlandığını və bu üsulun əsas fərqinin peritona daxil olmaması olduğunu deyən prof. H.Aytən qeyd edib ki, ilkin nəticələr çox uğurlu olub: "İntraperitoneal giriş bütün qarın və ya vaginal prosedurlar üçün vacibdir. Bu yeni texnikanın əsas fərqi enterosele kisəsinin peritondan kənar reduksiyasıdır”. 

 

"Indian Journal of Surgery" jurnalında dərc edilən texnika ekstraperitoneal yolla aparılan enteroselin transvaginal müalicə üçün yeni və asan alternativ üsul kimi öz yerini tutub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır