Tədqiqat: Elektron siqaretlər 240 kimyəvi maddəni nəfəsə çəkir
22.03.2023 19:34

Elektron siqaretlər Avstraliyanın ən böyük ictimai sağlamlıq problemlərindən birinə çevrilib və 14 yaşlı uşaqlar buna daha çox üstünlük verirlər.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Avstraliya Milli Universitetində aparılan yeni araşdırma hökumətin elektron siqaretlərə girişi əngəlləmək çağırışını dəstəkləyir.

 

Elektron siqaretlər siqaret çəkməyə "ən yaxşı" alternativ kimi göstərilsə də, dərc edilən yeni hesabatda qəsdən zəhərlənmə də daxil olmaqla, bir çox risklər müəyyən edilib.

 

Tədqiqata rəhbərlik edən professor Emili Benks deyib: “Ağciyərlərimiz təmiz hava ilə nəfəs almaq üçün yaradılıb. Halbuki elektron siqaretdən istifadə edən insanlar 240 kimyəvi maddədən ibarət kompleks kimyəvi kokteyllə nəfəs alırlar”. 

 

Nikotinsiz elektron siqaretlərin toksikoloji analizlərində 240-dan çox kimyəvi maddə aşkar edilib. Bu, adi siqaretlərdə təxminən 7000 kimyəvi maddəyə uyğundur. Bu kimyəvi maddələrin ən azı 38-i zəhərlər siyahısına salınıb, digər 27-si isə mənfi sağlamlıq nəticələri ilə əlaqələndirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır