Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan tədbir keçirilib
22.03.2023 10:13

Oğuz Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan tədbir keçirilib.

 

Rayon Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, tədbirdə inzibati işlər üzrə müavin İradə Məmmədova Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-nün Ümumdünya Vərəmlə Mübarizə Gününü qeyd edilməsindən, 1882-ci ildə alman mikrobioloq Robert Koxun ilk dəfə vərəmin törədicilərini kəşf etməsindən danışıb. O, 1905-ci ildə alimin tibb sahəsində Nobel mükafatına layiq görüldüyünü bildirib. 

 

Daha sonra çıxış edən ftiziatr Mərziyyə Lətifova vərəmin hava-damcı yolu ilə yayılan xəstəlik olduğunu, insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və sair yollarla daxil olduğunu, onu törədən mikrobların uzun müddət yaşadığını söyləyib. Bildirib ki, xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür.

 

O, vərəmin mikobakteriyaları ilə törədilən, vaxtında və düzgün müalicə aparılmadıqda sağlamlığın itirilməsinə gətirib çıxaran infeksion xəstəlik olduğunu deyib. M.Lətifova ağciyər vərəminə daha çox rast gəlindiyini qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır