Ağacəkmə aksiyası: “Təbiəti də sağaldaq”
21.03.2023 13:09

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Təbiəti də sağaldaq” devizi ilə ağacəkmə aksiyasına start verilib.

 

Aztibb.az Bakı Baş Səhiyyə Mərkəzinin feysbuk səhifəsinə istinadla xəbər verir ki, aksiyanın əsas məqsədi insanların diqqətini təbiətin qorunmasına, onun daha da yaxşılaşmasına cəlb etmək, ətraf mühitin mühafizəsinə, yaşıllıq zolaqlarının genişləndirilməsinə töhfə vermək və ekoloji mədəniyyəti təbliğ etməkdir.

 

Tabeli tibb müəssisələrinin şəxsi heyətinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında tibb müəssisələrinin yerləşdiyi ərazilərdə iqlim şəraitinə uyğun yüzlərlə dekorativ və meyvə ağacları, gül kolları əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Eyni zamanda, quru ağaclar budanaraq, ümumi sanitar-təmizlik işləri görülüb.

 

“Heydər Əliyev İli”nə həsr edilən “Təbiəti də sağaldaq” ağacəkmə aksiyası yaz fəsli boyunca davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır