Ürək xəstələrinin oruc tutması risklidir? 
22.03.2023 08:54

Oruc tutarkən qidalanma və yuxu rejimindəki dəyişikliklər ürək xəstələrinin vəziyyətinə təsir edə bilər. Bu səbəbdən oruc tutmaq istəyən ürək xəstələri, ilk növbədə, həkimləri ilə məsləhətləşməlidirlər.

 

Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

 

Həkimin sözlərinə görə, ürək xəstəliyinin dərəcəsinə görə əks göstəriş olmazsa, həkim nəzarəti ilə ürək xəstələri də oruc tuta bilər:

 

"Hansı ürək xəstələrinin oruc tutması çox risklidir?

Son 1 ildə yeni infarkt keçirənlər
Ürək xəstəliyinə bağlı nəzarətsiz şikayətləri olanlar
Çoxlu dərman istifadəsi tələb edən ürək çatışmazlığı olanlar
Nəzarətsiz hipertenziya (yüksək təzyiq) xəstələri
Ürək qapağı protezi və ya insult riskinin artması səbəbindən qan duruldan dərmanlardan istifadə edən insanların oruc tutmağı sağlam deyil!"

 

Cabir Gülmalıyev qeyd edib ki, ürək xəstələri oruc tutarkən aşağıdakılara diqqət etməlidirlər:

 

Ramazan ayında adekvat və balanslı qidalanmaya diqqət yetirilməlidir;
Yeməklər iftar və imsakda iki əsas yemək, iftardan sonra isə 1-1,5 saat ara ilə iki qəlyanaltı şəklində təşkil edilməlidir;
İftarda bir boşqab yemək yedikdən sonra ən azı 10-15 dəqiqə fasilə verməlisiniz;
Xəstələr gündəlik həyatlarında diqqət etdikləri duz və su qəbulu məhdudiyyətlərinə davam etməlidirlər;
Xüsusilə qaynadılmış yeməklərə üstünlük verilməli, qovrulmuş, hisə verilmiş və qızardılmış qidalardan uzaq durmaq lazımdır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır