Ümumdünya Vərəmlə Mübarizə Günü münasibətilə tibbi aksiya təşkil edilib
21.03.2023 07:38

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri publik hüquqi şəxsin həkim briqadası tərəfindən Sədərək rayonunda 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tibbi aksiya və seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Tibbi aksiyada flüoroqrafik müayinədən keçirilən 65 rayon sakinindən 20-si həkim ftiziatr müayinəsindən, 10-u həkim-ftiziatr-pediatr müayinəsindən keçirilib. Müayinədən keçənlərdən 5-nə mantu sınağı qoyulub, 2-nin isə bəlğəm analizi götürülüb. Müayinələrdən keçirilmiş dispanser qeydiyyatda olan 10 xəstədən 4-ü isə lazımi dərman preparatları ilə təmin olunub.

 

Aksiya zamanı, həmçinin ixtisaslı həkimlər tərəfindən rayon əhalisi ilə profilaktik söhbətlər də aparılıb.

 

Daha sonra Sədərək Rayon Mərkəzi Xəstəxanasında seminar keçirilib. Seminarda Naxçıvan Muxtar Respublika Ağciyər Xəstəlikləri Dispanseri publik hüquqi şəxsin həkimləri iştirak ediblər.

 

Seminarı giriş sözü ilə Sədərək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş həkimi Kəmalə İbrahimova açıb. Sonra Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva “Vərəm xəstəliyinin yayılma yolları”, Dispanserin həkim-ftizatrı İlqar Rzayev “Uşaqlarda vərəm xəstəliyi”, həkim-ftiziatr Məmmədəli Ələkbərov isə “Vərəm xəstəliyinin aşkarlanması” mözusunda çıxışlar ediblər.

 

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır