Təcrübəli pediatr İdris Şabiyev - Həkimlərimizi tanıyaq!
21.03.2023 10:08

Bir yerdə həkim varsa, yaşam və ümid var deməkdir!

 

Bu gün Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında Yardımlı rayon Mərkəzi Xəstəxanasının təcrübəli həkimi İdris Şabiyevi oxuculara təqdim edirik.

 

İdris Seydi oğlu Şabiyev 20 mart 1950-ci ildə Yardımlı rayon Bozayran kənd ziyalı ailəsində anadan olub. 1974-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib.

 

O, 1975-cı ildə həkimlik fəaliyyətinə Yardımlı RMX-da həkim-pediatr kimi başlayıb. 1993-cü ildə Yardımlı RMX-da ana və uşaq səhiyyəsi üzrə baş həkim müavini vəzifəsində çalışıb.

 

Uğurları ilə tanınan həkim-pediatr 1993-1996-cı illərdə İran İslam Respublikasında dövlət tərəfindən müqavilə əsnasında xəstəxanada işləyib. 1996-cı ildən 2020-ci ilə kimi Təcili tibbi yardım şöbəsinin müdiri işləyib.

 

İ.Şabiyev 2012-ci il Lomonosov adına Moskıva Dövlət Universitetinin Bakı filialında dövlət idarəetmə fakültəsinə daxil olub, 2016-cı il həmin fakültəni bitirib.

 

Təcrübəli təbib işində fərqləndiyinə görə SSRİ səhiyyə əlaçısı döş nişanı ilə təltif olunub.

 

O, hazırda Yardımlı RMX-nın Ana və Sağlamlıq Mərkəzində həkim-pediatr vəzifəsində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır