ÜST rəsmisi: Gələn ilin ortalarında koronavirusa qarşı peyvənd kütləvi istifadəyə hazır ola bilər
20.07.2020 13:54

Yeni növ koronavirusa qarşı geniş şəkildə istifadə edilə bilən peyvənd maddəsi gələn ilin ortalarında hazır ola bilər.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi araşdırmalar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan hazırda 20 peyvənd maddəsinin insanlar üzərində kliniki tədqiqat mərhələsində olduğunu deyib. O, bu maddələrdən ən azı bir neçəsinin kütləvi istifadə üçün yararlı olacağına ümidvar olduğunu bildirib.

 

ÜST nümayəndəsi qeyd edib ki, kliniki tədqiqatlar mərhələsində olan peyvənd maddələri ilə bağlı nəticələr gələn ilin əvvəlində hazır olacaq. Yekun seçimdən sonra peyvəndlərin kütləvi istehsalı başlana və ilin ortalarında geniş əsasda istifadəsinə başlanıla bilər.

Onun sözlərinə görə, yeni növ koronavirusa qarşı peyvənd axtarışında bu virusa qarşı immunitetin müxtəlif növləri də tədqiq olunur. Orqanizmin müdafiə sistemində iştirak edən T hüceyrələri (limfositləri) və ya yaddaş hüceyrələri bu tədqiqatlarda diqqət mərkəzində saxlanılır.

 

S.Svaminatan, eyni zamanda, yeni növ koronavirusa qarşı peyvəndin hazırlanmasını ÜST tarixində vaxt baxımından ən sürətli plan kimi də dəyərləndirib. Bildirib ki, bu ilin yanvar ayında virusun genom tərkibi müəyyən edilib və mart ayında ilk peyvənd testlərinə start verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır