Yevlaxda Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2023 17:31

Yevlax Rayon Mərkəzi Xəstəxanasında Novruz bayramı münasibətilə tədbir keçirilib.

 

Müəssisədən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova,Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov, Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Bəşir Səfəroğlu adına kukla teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova, xəstəxanada çalışan şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, veteranları və xəstəxana kollektivi iştirak ediblər.

 

Əvvəlcə müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov iştirakçıları təbrik edərək bildirib ki, qədim tarixə malik Novruz əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixi dövrlər ərzində xalqımızın rəmzi bayramı sayılan Novruz bayramının unutdurulması, keçirilməsinin qadağan olunmasına yönəlik aparılan siyasətdən və onun yaddaşlardan silinməsinə imkan verməyən Ulu Öndər Heydər Əliyevin gördüyü işlərdən danışıb. O, Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Direktor Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ciddi işlər gördüyü vurğulanıb.

 

Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, dahi Heydər Əliyev ölkəmizin, xalqımızın bütün milli mənəvi dəyərlərinə, milli bayramlarına,adət-ənənələrinə daim xüsusi diqqət və qayğı göstərmişdir. Dahi Heydər Əliyev Novruz bayramı ilə əlaqədar ifadə etdiyi fikirlər dillər əzbəri olmuş, tarixi əhəmiyyətini saxlamış və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində reallığa çevrilmişdir. “Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Bəli, məhz ona görə biz xoşbəxt nəslin nümayəndələriyik ki, bu möhtəşəm hadisələrin və tarixi reallığın şahidi oluruq. Ulu Öndərin illər öncə qeyd etdiyi kimi, biz artıq üçüncü ildir ki, bütün bayrmlarımız kimi Novruzu da məhz işğaldan azad olunan dədə-baba yurdumuzda doğma Qarabağda böyük coşqu ilə qeyd edir, əsl Qələbə tonqalını alovlandırırıq".

 

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova çıxışında vurğulayıb ki, xalqımız Novruz ənələrinə daim ehtiramla yanaşır. Bu ənənələr müqəddəs ərməğan kimi daim uca tutulur, yaşadılır və gələcək nəslə ən gözəl töhfə kimi çatdırılır. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram ən kütləvi xalq bayramıdır. Ulu Öndər Heydər Əliyev hər zaman qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, xalqımızın Novruz sevinclərindən zövq alardı.Ulu Öndər milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət vermişdir.

 

Qeyd edilib ki, bu gün möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olaraq Azərbaycan xalqı öz milli bayramını doğma Qarabağda və ətraf digər rayonlarımızda qeyd edir və əbədi olaraq qeyd edəcəkdir.

 

Tədbirdə çıxış edən şəhid atası Fərman Kazımov, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, B.Səfəroğlu adına kukla teatrının direktoru Zöhrə Adıgözəlova bildiriblər ki, Azərbaycan xalqı daim öz milli-mənəvi dəyərlərinə sadiq qalaraq, bu milli ənənəni uzun illər davam etdirmişdir. Qeyd edilib ki, biz xoşbəxt nəslin nümayəndələriyik ki, bu gün öz milli bayramımızı məhz milli torpaqlarımızda-Qarbağda qeyd edir və buna görə də böyük qürur hissi keçiririk.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır