Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz bayramı münasibətilə şənlik keçirilib
19.03.2023 10:04

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Novruz bayramı münasibətilə şənlik keçirilib.

 

Aztibb.az-a MBBİ-dən verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova çıxış edib. Alim bildirib ki, qədim dövrlərdən bəri xalqımız Novruzu Yeni ilin başlanğıcı hesab edib. Bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olan Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır. Xalqımız artıq bu bayramı işğaldan azad olunmuş torpaqlarda qeyd edir.

 

Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov da bayram münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.

 

Kosa və Keçəlin məzəli söhbətləri və rəqsləri bayram şənliyinə xüsusi rəng qatıb. Tədbirdə, həmçinin xonça müsabiqəsi də keçirilib. İnstitutun laboratoriya və şöbələrinin təqdim etdiyi bayram xonçaları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Təchizat və xidmət şöbəsinin hazırladığı xonça müsabiqəsinin qalibi seçilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır