Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim və orta tibb heyəti üçün təlim keçirilib
18.03.2023 20:14

"Medic School Training Center” və “Abşeron Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən xəstəxananın həkim və orta tibb heyəti üçün “Tənəffüs və Ürək Dayanmalarda Təməl Həyata Dəstək və Təcilli Tibbi Vəziyyətlərdə Mavi Kod Xidmətinin Təşkili” tədbirləri üzrə Amerika Ürək Assosiasiyasının BLS protokolu üzrə təlim keçirilib.

 

Abşeron Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, təlimdə Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatlı təlimçiləri körpələrdə və böyüklərdə huşun qiymətləndirilməsi, ürək dayanmalarında CPR (ürək ağciyər reanimasiya) tədbirləri, AED (avtomatik xarici defibrilyator) cihazından istifadə qaydaları, effektiv komanda işi, tənəffüs dayanmalarında ilkin müdaxilələr, döş ağrılarının idarə olunması və s. mövzular üzrə iştirakçılara məlumat veriblər.

 

Tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə iştirakçılar tərəfindən maraqla qarşılanan intensiv praktiki bacarıqlarını daha da təkmilləşdirmək üçün protokollara cavab verən xüsusi tibbi avadanlıqlardan istifadə olunub.

 

Sonda “Medic School Training Center” təlim mərkəzi tərəfindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına təşəkkürnamə, iştirakçılara isə sertifikatlar təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib