TƏBİB tibb xidmət keyfiyyətinin yüksəldilməsi tədbirlərini davam etdirir
17.03.2023 11:38

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, strukturun və idarəetmənin təkmilləşdirilməsi davam etdirilir.

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrləri ilə TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunublar. Onların hər biri səhiyyə idarəetməsində uzun müddət təcrübəsi olan tanınmış mütəxəssislərdir.

Ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib, tibb müəssisələrində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması, icbari tibbi sığortadan yararlanan vətəndaşların məmnunluq dərəcəsinin artırılması, həmçinin xəstəxanalarda mövcud nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

V.Qurbanov tibb personalının əməyinin stimullaşdırılması, cəmiyyətdə həkim nüfuzunun yüksəldilməsi və həkim adına xələl gətirən halların aradan qaldırılması üçün ardıcıl işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır