Maküler amiloidoz xəstəliyi (AK tipi) və müayinə üsulu
17.03.2023 10:47

Bu kirli dəri görünümündəki xəstəliyin yaranmasına səbəb zədələnmiş epidermisdə (dərinin üst qatı) olan keratinositlərin amiloid maddə olaraq dərinin orta qatında toplanmasıdır.

Aztibb.az xəbər verir ki, dermatoloq Nizami Valehoğlu bu barədə "Instagram" səhifəsində məlumat paylaşıb.

Dərinin üst qatının zədələnməsinə səbəb qaşınma, ovalama, sürtünmə kimi travma verici hərəkətlərdir.

Yalnız dəri ilə sərhədlənən və digər orqanlarla əlaqəsi olmayan xəstəliyin ən vacib əlamətləri qaşınmadır, xəstələr çox vaxt bu şikayətlər ilə həkimə müraciət edir.

Həkimə düşən əsas iş digər qaşınmaya və klinik görünüşə səbəb ola biləcək xəstəlikləri ayırd edərək xəstəni gərəksiz müalicələrdən azad etməkdir.

Diaqnozu təsdiq edəcək müayinə üsulu biopsiyadır (dəridən kiçik bir parçanın alınması).

Götürülmüş materialda amiloid maddənin toplanmasının görülməsi diaqnostikdir. Müalicə simptomlara yönəlik aparılır ürək açan nəticələr almaq mümkündür.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır