Yevlax Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Heydər Əliyev Mərkəzində olublar
18.03.2023 09:16

Yevlax Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri tərəfindən şəhərin Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

 

Rayon Xəstəxanasından Aztibb.az-a bildirilib ki, Mərkəzdə səhiyyə işçilərinə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, onlar eksponat, fotoşəkil və kitablarla tanış olublar.

 

Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova iştirakçılara Ulu Öndərin Azərbaycanın müstəqilliyinin bərpasında, inkişafında, cəmiyyətin bütün sahələrində tərəqqinin əldə edilməsində, iqtisadiyyatımızın, neft strategiyasının, sosial islahatların uğurla həyata keçirilməsində, qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb.

 

Sonda Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Heydər Əliyev Mərkəzinin kollektivi xatirə şəkili çəkdiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır