"Nurdan yaranıb nura qovuşan insan” adlı xatirə gecəsi keçirilib
16.03.2023 10:31

Görkəmli alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Nurdan yaranıb nura qovuşan insan” adlı xatirə gecəsi keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Daha sonra oftalmoloq alimin həyat və fəaliyyətini əks etdirən “Xatirələrlə yaşayan ömür” adlı videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır.

 

Nazirin sözlərinə görə, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur.


“Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır”, - deyə T.Musayev vurğulayıb.

 

Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Zərifə Əliyevanın alim kimi qazandığı uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini bildirib. AMEA rəhbəri qeyd edib ki, akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. O, peşə xəstəliklərini öyrənərkən tibbi-geoloji faktorlarla bərabər, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb.

 

Görkəmli alimlə bağlı xoş xatirələrini bölüşən Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov vurğulayıb ki, akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərimizdən idi. Onun sözlərinə görə, ülvi keyfiyyətlərə malik olan Zərifə xanım öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib.

 

Xatirə gecəsində çıxış edən 1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə Əliyeva qeyd edib ki, Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb: “Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara”.

 

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır