Novruz bayramı günlərində necə qidalanaq?
17.03.2023 09:45

Azərbaycan milli mətbəxi ən kalorili və dadlı qidalarla hər zaman zəngin olub. Hər bir bölgəmizin xüsusi olaraq özünə məxsus qidaları var.


Novruz bayramında süfrəni şəkərbura, paxlava, qoğal, badambura və s. şirniyyatlarsız, plovsuz təsəvvür etmək mümkün deyil. Yüksək miqdarda şəkərin birdən-birə orqanizmə daxil olması yaxşı hal deyil.

Aztibb.az xəbər verir ki, həkimlərin tövsiyəsinə görə, kalorili qidaların qəbul edilməsi təkcə həzmdə, mədə-bağırsaq sistemində problemlərin yaranmasına yox, həm də təzyiqin yüksəlməsinə, şəkərin qalxmasına və hətta qaraciyər xəstəliklərinə də gətirib çıxarır.

Ona görə də ən kalorili yeməkləri eyni gündə orqanizmimizə daxil etməməliyik.

Dietoloqlar bayram günlərində süfrə arxasında yağlı yeməklərdən sonra qazlı içkilərin içməyin piylənməyə səbəb olduğunu bildirir. Yağlı yeməkdən dərhal sonra qazlı içki içmək və ya meyvə belə insana çox mənfi təsir göstərə bilər.

Ona görə də hər kəs özünün həkimi olmalı, yağlı-zülallı yeməklərin qəbulunda ehtiyatlı olmalı və nisbətən yüngül yeməklərə üstünlük verməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır