Tədqiqatları ilə tibbin müxtəlif sahələrini yeni biliklərlə zənginləşdirən alim
16.03.2023 09:40

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli rentgenoloq-klinisist, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki, Əməkdar elm xadimi Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib.


Aztibb.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransı giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri, Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev akademik Rəhim Rəhimovun həyat və yaradıcılığı haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, uzunmüddətli məhsuldar fəaliyyəti ərzində akademik Rəhim Rəhimovun Milli Onkologiya Mərkəzində rentgenologiya və radiologiya ilə bağlı çoxsaylı tədqiqatları bu istiqamətdə əsaslı araşdırmaların aparılması və müalicə işində tətbiq edilməsinə geniş imkanlar yaradıb.


Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, akademik Asəf Hacıyev, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli, həmçinin Türkiyə, Rusiya və Gürcüstandan gələn elm adamları və digər mütəxəssislər çıxış edərək respublikada elmin inkişafına töhfələr verən Rəhim Rəhimovun çoxşaxəli fəaliyyəti ilə tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb, ölkənin elmi, praktiki və ictimai həyatına verdiyi töhfələrdən bəhs ediblər.


Azərbaycan Tibb Universitetinin professoru Çingiz Rəhimov ailəsi adından atasının elmi irsinə böyük dəyər verdiyinə görə respublika rəhbərliyinə, Təşkilat Komitəsinə və digər strukturlara öz dərin minnətdarlığını bildirib.


Tədbirin sonunda akademikin həyat və fəaliyyətinə həsr olunan “Peşəsinin ləyaqət simvolu. Akademik Rəhim Rəhimov" qısametrajlı sənədli televiziya filmi nümayiş etdirilib.


Konfrans yerli və xarici mütəxəssislərin məruzələri ilə davam edib. Onkologiyanın müxtəlif sahələrini əhatə edən təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır