Həkimə sual:  Bronxitin kəskinləşməsinin səbəbi nədir?
15.03.2023 11:49

“Yaz-payız mövsümündə bronxit kəskinləşir. Xroniki bronxit xəstəliyindən əziyyət çəkən insanlar daha çox çirklənmiş havada yaşayan insanlar olurlar.


Aztibb.az xəbər verir ki, bu sözləri terapevt homotoksikoloq Sevinc Zeynalova açıqlamasında deyib.

Həkim bildirib ki, III qan qrupu daşıyan insanlar daha çox xroniki bronxit xəstəliyinə tutulurlar. Bu xəstəlik zamanı peşə faktoru da müəyyən önəm daşıyır. Xəstəlik tozlu şəraitdə işləyənlərdə daha çox rast gəlinir.

“Reflüks xəstəliyindən əziyyət çəkənlərdə uzanarkən onlarda quru öskürək yaranır. Həmin insanlara daha hündür yastıqlarda yatmaq məsləhət görülür. Bunun üçün əczaxanalarda xüsusi reflüks yastıqları mövcuddur!”,– terapevt deyib.

Qeyd edək ki, bronxit brоnxların iltihab prоsеsi оlub, əsasən sеlikli qişanın zədələnməsi ilə müşayiət оlunur. Papirоsun və spirtli içkilərin, bir sıra xrоniki xəstəliklərin, zəhərli qazların, tоzun tənəffüs yоllarına təsiri və s. bronxitə səbəb оla bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır