“Uşaqlarda Təkmil Həyat Dəstəyi” (ÇİYAD) təlimi növbəti dəfə keçirilib
15.03.2023 09:50

TƏBİB-in “Çocuk Acil Tıp ve Yoğun Bakım“ dərnəyi ilə imzaladığı Niyyət Bəyannaməsinə əsasən növbəti dəfə “Yeni klinika” tibb müəssisəsində “Uşaqlarda Təkmil Həyat Dəstəyi” (ÇİYAD) kursu keçirilib.

 

Türkiyə Respublikasından dəvət olunan Prof. Dr. Murat Duman, Prof. Dr. Emel Ulusoy kurs iştirakçıları ilə tanış olub, keçiriləcək kursun əhəmiyyətindən bəhs edib, kurs iştirakçılarına uğurlar arzulayıblar.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, kurs nəzəri və praktiki qaydada keçirilib.

 

Nəzəri hissədə Dr. Xalidə Mustafayeva, Dr. Azər Əhmədov, Dr. Anar Qurbanov, Dr. Lalə Nəzərova, Dr. Lamiyə Fərzəliyeva, Dr. Elşad Şıxəliyev, Dr. Raminə Rzayeva tərəfindən təməl həyat dəstəyi, tənəffüs çatışmazlığı və tənəffüs dəstəyinin tətbiq üsulları, kritik xəstənin qiymətləndirilməsi, şok və müalicəsi, uşaqlarda irəli həyat dəstəyində dərmanlar və b. mövzular barəsində kurs iştirakçılarına məlumatlar verilib. Onların sualları cavablandırılıb.

 

Praktiki hissədə təməl həyat dəstəyi, şok ssenariləri, sümükdaxili müdaxilənin, tənəffüs dəstəyinin və s. tətbiq üsulları izah edilib.

 

Sonda kurs iştirakçıları ilə mövzular müzakirə edilib, onlara sertifikatlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır