Göygöldə şəhid və qazi ailələrinə bayram sovqatları verilib
14.03.2023 12:47

Göygöl Rayon Mərkəzi Xəstəxanasında Novruz bayramı münasibətilə Səhiyyə işçiləri Həmkarlar İttifaqı Şurası tərəfindən xəstəxanada çalışan şəhid və qazi ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinə ərzaq yardımı edilib.

 

Aztibb.az-a bu barədə Xəstəxanadan məlumat verilib.


Xəstəxananın direktor müavini - baş həkim Qələndərova Vüsalə çıxış edərək qeyd edib ki, xalqımıza zəfəri bəxş etmiş, düşmən istilasına son qoymuş, adları hərb tariximizə qızıl hərflərlə həkk edilmiş şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı, mənəvi dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bu gün keçirdiyimiz görüş bu diqqətin bir nümunəsidir.

 

Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvləri ilə birgə xatirə şəkli çəkilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır