ÜST-nin ekspert missiyası Respublika Klinik Xəstəxanası və Şamaxı Rayon Mərkəzi Xəstəxanasında olub
13.03.2023 18:04

USAID/Azerbaijanın dəstəyi ilə ÜST-nin ekspert missiyası seçilmiş xəstəxanalarda Xəstəxananın Təcili Yardım Şöbəsinin Qiymətləndirilməsi Alətinin tətbiqi ilə qiymətləndirmə prosesinə başlayıb.

 

Aztibb.az ÜST-ə istinadla xəbər verir ki, missiya Respublika Klinik Xəstəxanası və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına səfər edərək təcili və təxirəsalınmaz tibbi yardım və radiologiya şöbələri, həmçinin laboratoriya, palatalar və əməliyyat otaqlarına baxış keçirib.

 

Missiyanın məqsədi ölkədə təcili yardım xidmətinin imkanlarını qiymətləndirmək, bu sahədəki əsas boşluqları, habelə təkmilləşdirilməli olan sahələri müəyyən etmək və təkmilləşdirmə planı hazırlamaqdır.


Qeyd edək ki, qiymətləndirmə aləti fevralın 23-də ÜST ekspertləri və milli səhiyyə sistemindəki tərəfdaşlarımızın iştirakı ilə keçirilən görüşdə təqdim edilib. Ümumilikdə 4 sahəni əhatə edən qiymətləndirmə prosesi 3 mərhələdə Bakı və Sumqayıt şəhərləri, o cümlədən Şamaxı rayonundakı 9 dövlət tibb müəssisəsində martın 19-dək keçiriləcək.
Qiymətləndirmə missiyası USAID-in dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində fəaliyyət göstərir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib