Xəstəxanadaxili infeksiyalar və həmin infeksiyaların risk faktorlarına dair müzakirələr aparılıb
13.03.2023 16:46
TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində növbəti tibbi seminar keçirilib.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, seminarda həkim-infeksionist İbrahim Rufullayev xəstəxanaya yatdıqdan 48-72 saat sonra, xəstəxanadan evə buraxıldıqdan 10 gün ərzində meydana gələn xəstəxanadaxili infeksiyalar və həmin infeksiyaların müşahidəsinə dair təqdimatla çıxış edib.
 
O, xəstəxanadaxili infeksiyalara stasionar müalicə alan pasiyentlərin 5-10 faizində, Reanimasiya şöbəsində olan pasiyentlərin təqribən 20-30 faizində rast gəlindiyini bildirib.
 
Həkim-infeksionist infeksiyaların risk faktorları (insan orqanizminə bağlı olaraq və mikrobial faktorlar) haqqında da məlumat verib. Məruzəçi xəstəxanadaxili infeksiyaların risk faktorları arasında yaş, metabolik pozulmalar, immunsupressiv dərmanlar, travma, yanıq və artmış antibiotik istifadəsinin (flora dəyişikliyi, dirəncli patogenlər) olduğunu qeyd edib.
 
İnfeksiyaların yayılması və müşahidəsi haqqında geniş müzakirələrin aparıldığı seminar sual-cavab sessiyası ilə yekunlaşıb.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib