Mərkəzi Gömrük Hospitalında psixotrop maddələr və narkotik vasitələrə dair təlim keçirilib
12.03.2023 15:38

Mərkəzi Gömrük Hospitalında “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib.

 

Aztibb.az-a Hospitaldan verilən xəbərə görə, təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” mövzusunda təqdimatla çıxış edub. O, yeni sintetik narkotiklər, psixoaktiv maddələrin növləri, onların insan orqanizmində yaratdığı fəsadlar və bu təhlükələrlə mübarizə yollarından bəhs edib. Həmçinin narkotiklərin istifadəsinin struktur dəyişikliyi, opium qrupuna daxil olan narkotik maddələr, dərman preparatlarının tərkibində olan narkotik vasitələr, eləcə də bu preparatların satışı qaydaları, bəzi yayılmış narkotik vasitələrin xüsusiyyətləri, təsirləri və yaratdıqları fəsadlar barədə ətraflı məlumat verib.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı, tibb xidməti baş leytenantı İradə Ramazanova “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər” mövzusunda təqdimatla çıxış edərək mövzu ilə əlaqəli aktual məsələr barədə danışıb.

 

Təlimin sonunda İsmayıl Əfəndiyev və İradə Ramazanova iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır