Şagirdlər qohum evlilikləri və erkən nikahların yaratdığı fəsadlar barədə məlumatlandırılıblar
12.03.2023 15:13

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzi (ASM) orta ümumtəhsil məktəblərində maarifləndirici profilaktik söhbətləri davam etdirir.

 

STM-dən Aztibb.az-a bildirilib ki, növbəti belə profilaktik söhbət Sumqayıt şəhər Mətləb Quliyev adına 3 nömrəli məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.

 

3 nömrəli ASM-in ailə həkimi pediatr Səbinə Abbasquluzadə "Qohum evliliyi və erkən nikahın fəsadları" mövzusunda çıxış edib.

 

S.Abbasquluzadə şagirdlərə mövzu ilə bağlı ətraflı məlumat verib, qohum evliliklərinin və erkən nikahların yaratdığı fəsadlardan danışıb.  Bildirib ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır.

 

Vurğulayıb ki, erkən nikahlar sonradan bir çox problemlərə yol açır.

 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır