Bu gün Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür
12.03.2023 12:17

12 mart – Ümumdünya Qlaukoma Günüdür

 

Aztibb.az xəbər verir ki, qlaukoma gözdaxili təzyiqin artması ilə səciyyələnən xəstəlikdir. Əvvəlcə simptomsuz başlasa da, xəstəliyin vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa səbəb olur.

 

Qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa edilmir. Qlaukoma xəstəliyi hər yaşda yarana bilər, lakin xəstəlik 40 yaşdan sonra daha çox yayılır. Statistikaya görə, dünyada 100 milyon qlaukoma xəstəsi var və onlardan hər beşindən biri göz nurunu tamamilə itirir. Mürəkkəblik ondadır ki, qlaukoma yalnız yüksək dərəcədə inkişaf edəndən sonra üzə çıxır və müalicəyə çətin tabe olur.

 

Ümumdünya Qlaukoma Gününün qeyd olunması həm də xəstəliyinin yaranması, risk amilləri, profilaktikası və diaqnozu barədə ictimaiyyətin maariflənməsinə xidmət edir. Qlaukomanın vaxtında başlanılmış müalicəsi yalnız gözdaxili təzyiqi aşağı salan damcıların tökülməsindən ibarətdir. Xəstəliyin daha ağır hallarında isə lazer cərrahiyyəsinə və ya operativ müdaxiləyə üstünlük verilir. Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşını nəzərə alınaraq aparılır. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir. Hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”