Xüsusi qayğıya ehtiyacı olanlar üçün “Fərqli Fərdlər” konqresi təşkil edilib
11.03.2023 17:09

Heydər Əliyev Mərkəzində "Bir ömür yolu" şüarı altında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 5-ci yubiley "Fərqli Fərdlər" konqresi keçirilib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, tədbir TƏBİB-in dəstəyi, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə reallaşıb.

 

Konqresdə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov fərqliliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin ölkə Prezidenti İlham Əliyevin siyasi strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib.

 

A.İsrafilov respublikamızda reabilitasiya mərkəzləri, reabilitasiya xəstəxanaları, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası ilə məşğul olan sanatoriyaların fəaliyyət göstərdiyini diqqətə çatdırıb. 

  

İcraçı direktorun müavini əlavə edib ki, son zamanlar autizm, uşaq serebral iflici, daun sindromu kimi diaqnozlar, həmçinin kiçik yaşda çox ciddiyə alınmayan, zaman keçdikcə valideynlər üçün daha böyük problemə çevrilən hiperaktivlik və diqqət əksikliyi kimi hallar artıb.

 

Tədbirdə, həmçinin inkişaf özəllikləri olan insanların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, autizmli insanlarda qidalanma pozuntusu, bullinq və məktəbə inteqrasiyası, inklüziv işə qəbul, perspektivlər və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib