Naftalanda psixososial dəstəyin təməl prinsipləri üzrə təlim keçirilib
11.03.2023 11:58

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi və TƏBİB-in birgə əməkdaşlığı ilə Naftalan şəhərində TƏBİB-in həssas əhali qrupları ilə iş üzrə koordinatorlarına psixososial dəstəyin təməl prinsipləri üzrə təlim keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, təlim Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində gerçəkləşib. Sözügedən layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.


Təlimin əsas məqsədi kömək üçün müraciət edən vətəndaşların ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq olaraq yönləndirilməsi mövzusunda koordinatorların bilik və praktiki bacarıqlarının artırılması olub. Təlim mövzularında təməl psixososial dəstək bacarıqları, sosial işin əsas prinsipləri və effektli ünsiyyət bacarıqları əhatə olunub.

 

Təlimdə klinik depressiya, təşviş pozuntuları, posttravmatik stress pozuntusu haqqında, eləcə də yardım üçün müraciət edən şəxslərə düzgün yanaşmanın təməl prinsipləri barədə sessiyalar yer alıb. Məlumatların mənimsənilməsi və praktiki bacarıqların artırılması məqsədilə rol oyunları və qrup işləri təşkil olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır