Şahbuz Rayon Mərkəzi Xəstəxanasında rayonun qadın sakinləri müayinə edilib - TİBBİ AKSİYA
11.03.2023 10:39
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə bağlı növbəti aksiya Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi tərəfindən həyata keçirilib.
 
Naxçıvanın Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, “Sağlam xanım, sağlam gələcək” devizi altında keçirilən humanitar tibbi aksiyada Doğum Mərkəzinin həkim heyəti Şahbuz Rayon Mərkəzi Xəstəxanasında rayonun qadın sakinlərini müayinə edib.
 
Aksiya zamanı rayonun 65 qadın sakininə Doğum Mərkəzinin həkim ginekoloq, funksionalist, laborant, ginekoloq cərrah, pediatr və 2 mamadan ibarət həkim briqadası tərəfindən ginekoloji tibbi xidmət göstərilib. Ultrasəs müayinəsindən keçirilən qadınlardan 4-də klimakterik sindrom, 2-də yumurtalığın kistası, 3-də vaginit, 2-də isə miomatoz düyün və aybaşı disfunksiyası aşkarlanıb.
 
Şəhid və qazi ailələri öncəlikli olmaqla, birinci qrupdan olan imtiyazlı xanın vətəndaşlara yaşadıqları ünvanda ginekoloji tibbi xidmətlər göstərilib. Aşkar olunan problemlərlə bağlı qadınlar Doğum Mərkəzinə dəvət olunublar.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır