Teymur Musayev UNAIDS-in İcraçı direktoru ilə görüşüb
10.03.2023 16:02

X Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) İcraçı direktoru, BMT-nin Baş katibinin müavini xanım Vinni Byanyima arasında görüş keçirilib.

 

Aztibb.az-a bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Teymur Musayev UNAIDS-in İcraçı direktoruna Qlobal Bakı Forumunda iştirak etdiyinə görə təşəkkür edib. Nazir Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini vurğulayıb.

 

X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, Azərbaycanın AİDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib.

 

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv