Ümumdünya Böyrək Gününə həsr edilmiş elmi konfrans keçirilib
10.03.2023 11:15

Ümumdünya Böyrək Gününə həsr edilmiş "Böyrək xəstəliklərinə multidissiplinar yanaşma" mövzusunda elmi konfrans təşkil olunub.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana PHŞ-nin, "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin və "Nefrologiyanın İnkişafına Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı, “EGİS Pharmaceuticals PLC” şirkətinin ölkə nümayəndəliyinin və "Medicus" MMC-nin dəstəyi ilə baş tutub.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Konfransda Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana PHŞ-nin direktoru, t.ü.f.d. Fariz Babayev xroniki böyrək xəstəliyi ilə mübarizədə dünyada və ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, konfransın Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə ithaf edildiyini vurğulayaraq böyrək xəstəlikləri ilə mübarizədə Ulu Öndərin əvəzolunmaz xidmətlərindən danışıb. 

 

Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Ümumdünya Böyrək Gününün tarixi barədə məlumat verib. O, xroniki böyrək xəstəliyinin bütün dünyada sağlamlıq böhranı olduğunu qeyd edib. İ.Əfəndiyev Mərkəzi Gömrük Hospitalında uroloji və nefroloji problemləri olan xəstələrə yüksək keyfiyyətli tibbi xidmətlər göstərildiyini vurğulayıb. Rəis müavini böyrək transplantasiyası sahəsində həm maddi texniki baza, həm də kadr potensialı baxımından Mərkəzi Gömrük Hospitalının mühüm təcrübəyə malik olduğunu bildirib. 

 

Konfransın rəsmi hissəsində, həmçinin TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov və "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin sədri, t.ü.f.d. Cəbrayıl Cəbrayılov da çıxış edərək mövzunun aktuallığına dair fikirlərini bölüşüblər.

 

Tədbir Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin müdiri Mirməsim Məmmədov, AMEA-nın müxbir üzvü Südeyf İmamverdiyev və t.ü.f.d. Cəbrayıl Cəbrayılovun moderatorluğu ilə “Böyrək xəstəliyinin diaqnoz və təqibindəki yeniliklər" paneli ilə öz işinə davam edib. 

 

Panel müzakirələr və interaktiv sual-cavab sesiyaları vasitəsilə keçirilən konfransda “Diabetik nefropatiya- inkişaf edən pandemiya”, “Xronik böyrək çatışmazlığı zamanı hipertoniyanın müalicəsində renal denervasiyanın rolu", "Hamiləlik və sidik yolları infeksiyaları", "Hidronefroza müasir baxış" və digər mövzularında məruzələr dinlənilib.

 

Elmi konfrans günün ikinci yarısı “Xroniki böyrək xəstəliyi: Səbəb hər zaman böyrək deyil!”, “Xroniki böyrək xəstəliyinin uroloji səbəbləri” və “Böyrəkəvəzedici müalicələrdə müasir aspektlər” başlıqlı panellərlə öz işini davam etdirib. 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib