Teymur Musayev səhiyyənin daha əlçatan olması üçün dünyaya çağırış edib
10.03.2023 10:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini növbəti panel iclasları ilə davam etdirir.

 

Aztibb.az-ın “Report”a istinadla xəbərinə görə, Forum çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən panel iclasında Azərbaycanın səhiyyə naziri Teymur Musayev səhiyyənin daha əlçatan olması üçün dünyaya çağırış edib.

 

O, sağlamlıqla əlaqədar milli səviyyədə sistemin qurulmasının vacibliyini bildirib. Nazirin sözlərinə görə, sağlamlıq sahəsində ekspertlər bunu vurğulayırlar: "Bütün insanlar sağlam həyat tərzinə yönəlməlidir. Azərbaycanın strategiyasında bu vurğulanıb. Həmin strategiya Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Fərdi həyat tərzi ilə səhiyyə sistemi arasında əlaqələr də olmalıdır”.

 

T.Musayev qeyd edib ki, sağlamlıq fundamental insan hüququdur: “Bunun üçün maliyyə qaynaqları bərabər şəkildə olmalıdır. Bu gün tibbi xidmətlərin daha əlçatan olması tələb olunur. Özəl sektorun da sağlamlığın təmin edilməsində yeri danılmazdır. Bilirik ki, səhiyyə sistemi bir çöx ölkələrdə əlçatan deyil. Biz çağırırıq ki, bu prioritetlər təmin olunsun və səhiyyə sistemində standartlar tətbiq edilsin. Vaksinasiya sağlamlığın əsas elementlərindən biridir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır