İlfəddin Əliyev - "Həkimlərimizi tanıyaq!" rubrikası
10.03.2023 10:14

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının budəfəki qonağı Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkimi İlfəddin Əliyevdir.

 

İlfəddin Abdulla oğlu Əliyev 13 dekabr 1965-cü ildə Salyan rayon Yuxarı Xalac kəndində anadan olub. 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-proflaktika fakültəsində təhsil alıb. 1996-cı ilin dekabr ayından 2001-ci ilin sentyabr ayına qədər 877 nömrəli hərbi hissənin tibb məntəqəsində həkim vəzifəsində xidmət edib.

 

O, 2001-2005-ci illərdə Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyasına 4 il müddətinə ixtisasartırma kursu üzrə ezam edilib. Ezamiyyətdən sonra 181 nömrəli hərbi hissənin tibb təminatına cavabdeh zabit (Maddi Texniki Təminat bölməsinin zabiti-Q4 bölməsi) vəzifəsinə təyin edilib. 2006-cı ildə 877 nömrəli hərbi hissənin tibb təminatı xidmətinə cavabdeh zabit vəzifəsində xidmət edib. 2012-2016-cı illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Döyüşün Maddi Texniki Təminatı silsiləsinin baş müəllimi işləyib. 2016-cı ilin mart ayından Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsinin tədris bölmə rəisi vəzifəsində çalışıb. 2019-cu ilin fevral ayında yaş məhdudiyyətinə görə ordu sıralarından ehtiyyata buraxılıb. Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır