Konfransda hidronefrozun cərrahiyyəyə göstərişlərindən və cərrahi müalicə olan pieloplastikadan bəhs edilib  
10.03.2023 10:01
Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri, uzman uşaq cərrahı Vüsal Cəfərov Ümumdünya Böyrək Gününə həsr edilmiş "Böyrək xəstəliklərinə multidissiplinar yanaşma" mövzusunda keçirilən elmi konfransda çıxış edib.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, tədbirdə “Hidronefrozlara müasir yanaşma” mövzusunda çıxış edən Vüsal Cəfərov böyrəklərin inkişaf anomaliyaları, böyrək və ureterin inkişaf anomaliyaları, hidronefrozun yaranma səbəbləri, hidronefroz müayinə metodları, hidronefrozlu xəstəyə klinik yanaşma və radionuklit müayinələr barədə məlumat verib.
 
O, həmçinin hidronefrozun cərrahiyyəyə göstərişlərindən və cərrahi müalicə olan pieloplastikadan bəhs edib. Bildirib ki, dar olan seqmetin xaric edilməsi və sidiyin maneəsiz olaraq kisəyə axımını təmin etmək üçün laparoskopik və robotik əməliyyatlardan istifadə olunur.
 
Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır