Türk immunoloqları yeni xəstəliyin müalicəsini ədəbiyyata gətirdilər
16.03.2023 12:11

Türkiyə Milli Allergiya və Klinik İmmunologiya Dərnəyinin üzvü, prof. Safa Barış və komanda yoldaşları immunologiyada əhəmiyyətli bir irəliləyiş əldə ediblər. Tədqiqatçılar ciddi allergik problemlərə səbəb olan irsi immun xəstəliyi -STAT6 Funksiyasının Artırılması Xəstəliyinin mutasiyasını müəyyən edərək müalicə hazırlayıblar. Müalicənin müsbət nəticələri allergiyada ümid işığına çevrilib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə itinadla xəbərinə görə, Marmara Universiteti Tibb fakültəsi Uşaq Allergiya-İmmunologiya Bölümü müəllimi, prof. Safa Barış, komanda yoldaşları uzman həkim Altan Kara və Harvard Tibb fakültəsinin professoru Talal Çatilanın bu birgə işi ilə yeni xəstəliyin əmələ gəlməsi və müalicə mexanizmi ədəbiyyata gətirilib. Yeni təyin olunmuş xəstəlikdə ağır atopik dermatit, yüksək eozinofil dəyərləri və yüksək IgE dəyərləri müşahidə edilə bilər. Qrup tərəfindən hazırlanmış müalicə nəticəsində STAT6 diaqnozu qoyulan bir uşaqda qanda bu dəyərlərin yüksək olması ilə xəstəliyin geriləməsi müşahidə edilib.

 

Tibbi ədəbiyyatda ilk dəfə təsvir edilən bu xəstəlik modelində təsirlənmiş şəxslərdə ağır allergik xəstəliklər aşkar edilib. Safa Barış və komandası bu şikayətləri olan bir ailəyə bütün ekzom sıralamasını tətbiq edərək STAT6 genində mühüm mutasiya tapıblar. Ətraflı təhlillərdə bu mutasiyanın STAT6 zülalında normaldan daha çox işə səbəb olduğu görülüb. Sonrakı tədqiqatlarda JAK inhibitorları ilə STAT6 zülal aktivliyinin azaldılmasının şikayətlərdə tam yaxşılaşmaya səbəb olduğu və xəstəliklərə nəzarətin əldə edildiyi müşahidə edilib.

 

Tədqiqatın nəticələri immunçatışmazlığı sahəsində nüfuzlu jurnal olan “Allergiya və Kliniki İmmunologiya”da dərc edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır