STM-də çalışan 13 tibb işçisi Fəxri fərmanla mükafatlandırılıb
08.03.2023 14:28

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhərin sosial-iqtisadi, ictimai və mədəni həyatında fəal iştirak edən bir qrup qadını Fəxri fərmanla təltif edib.

 

Təltif edilənlər arasında Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan tibb müəssisələrində çalışan 13 tibb işçisi də var.

 

Bu barədə Aztibb.az-a STM-dən  məlumat verilib.

 

Belə ki, 1 nömrəli Şəhər Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri Vəfa Gəncəliyeva, Uşaq xəstəxanasının Anesteziologiya-reanimatologiya şöbəsinin müdiri Səbinə Hacıyeva, Perinatal Mərkəzin neanotoloqu Dilarə Axundova, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Kəmalə Ağayeva, 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi, terapevt Samirə Məmmədova, 2 nömrəli ASM-in ailə həkimi, pediatr Dilşad Hüseynova, 3 nömrəli ASM-in ailə həkimi, pediatr Rəna Mürşüdova, 5 nömrəli ASM-in ailə həkimi pediatr Şahnaz Fəttulayeva, 6 nömrəli ASM-in ailə həkimi, terapevt İlahə Babayeva, 7 nömrəli ASM-in ailə həkimi pediatr Nərmin Novruzova, 4 nömrəli Şəhər Xəstəxanasının böyük tibb bacısı Nərgiz Hətəmova, Stomatoloji poliklinikanın böyük tibb bacısı Fəridə Şükürova və Təcili Tibbi Yardım Xəstəxanasının tibb bacısı Aygün Əliyeva şəhər rəhbərliyi tərəfindən mükafatlandırılıblar.

 

Sumqayıt Tibb Mərkəzi təltif olunan əməkdaşları təbrik edir, çətin və məsuliyyətli işlərində uğurlar arzulayır!

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır