Tanınmış cərrah-onkoloq Niyazi Əsgərovun 60 yaşı tamam olur
08.03.2023 13:57

Bu gün tanınmış cərrah-onkoloq, Əməkdar həkim, Milli Onkologiya Mərkəzinin şöbə müdiri, t.ü.f.d. Niyazi Əsgərovun 60 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, N.Əsgərov 1984-1990-cı illərdə Rusiyanın Vladivostok Dövlət Tibb Universitetində Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1990-1991-ci illərdə Rusiyanın Nefteyuqansk şəhərindəki Tyumen Tibb Akademiyasının Ümumi cərrahiyyə kafedrasında internatura keçib.

 

O, 1990-2003-cü illərdə Rusiyanın Tyumen vilayətinin Nefteyuqansk şəhərinin Mərkəzi Şəhər xəstəxanasında həkim-cərrah vəzifəsində çalışıb. 2003-2008-ci illərdə Leyla Şixlinskaya klinikasında cərrah işləyib. 2009-cu ildən Milli Onkologiya Mərkəzinin Abdominal onkologiya şöbəsinin müdiridir.

 

N.Əsgərov cərrahi onkologiya üzrə yüksəkixtisaslı mütəxəssisdir. Həkimin 100-dən çox elmi işi çap olunub. O, Rusiya, Türkiyə, Avstriya, Tacikistan, Qazaxistan, İtaliya və digər ölkələrdə keçirilən bir sıra elmi-praktiki konfranslarda, qurultaylarda iştirak edib.

 

“Azərbaycan Respublikasında Hepatopankreatoduodenal sahənin şişlərin kliniki və epidemioloji xüsusiyyətləri” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.

 

O, Rusiyanın Moskva, Sankt-Peterburq, Perm, Tyumen, Surqut, Belorusiyanın Minsk və Azərbaycanın Bakı şəhərində ixtisasartırma kurslarında olub. 13 noyabr 2001-ci ildə Tyumen vilayətinin Səhiyyə departamenti nəznində olan Attestasiya Komissiyasının qərarı ilə həkimə cərrahiyyə üzrə Ali ixtisas dərəcəsi verilib.

 

Tanınmış cərrah 1990-cı ildən laparoskopik cərrahiyyə ilə də məşğuldur. 1993-cü ilə kimi diaqnostik laparoskopiyalar, 1993-cü ildən isə laparoskopik cərrahiyyəyə başlayıb. Belə ki, öd daşı xəstəliklərində, öd kisəsinin poliplərində, bəd və xoş xassəli şişlərində 4000-dən artıq laparoskopik xolesistektomiya əməliyyatlarının icraçısıdır.

 

2012-ci ildən Milli Onkologiya Mərkəzində yeni texnoloji avadanlıqlar hesabına laparoskopik metodikani mədə-bağırsaq sisteminin cərrahiyyəsinə tətbiq edib.

 

2021-ci il 18 iyun tarixində Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə dövlət başçısının Sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır