Mərkəzi Gömrük Hospitalında Beynəlxalq Qadınlar Günü qeyd edilib
08.03.2023 09:41

Mərkəzi Gömrük Hospitalında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım xanım əməkdaşları təbrik edib, onlara səadət dolu günlər arzulayıb.

 

O, Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını qeyd edib. Bildirib ki, məhz Ulu Öndərin ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırması və onların hərtərəfli fəaliyyətinə geniş meydan verilməsi nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Rəis müavini vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb.

 

O, həmçinin Vətən müharibəsinin qadın şəhidi Arəstə Baxışovanın, bütün şəhid anaları və xanımlarının, qazilərin ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən anaların qəhrəmanlığı barədə danışıb.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini, Baş həkim vəzifəsini icra edən Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri - İsmayıl Əfəndiyev və Fərid Əbilov da tədbirdə iştirak edən qadınların simasında, bütün gömrük sahəsində çalışan qadınları Beynəlxalq Qadınlar Günü və Yel çərşənbəsi münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər.

Tədbir zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.ü.f.d, Aynur Səfiyeva və tibb bacısı İlhamə Səfərova da təbrik nitqi ilə çıxış edərək xoş arzu və niyyətlərini dilə gətiriblər.

 

Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyi tərəfindən göndərilmiş gül dəstələri və hədiyyələr tədbirdə iştirak edən qadın kollektivə təqdim edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır