STM-in tibb müəssisələrində rəhbər heyətin mülki müdafiə məşqləri keçirilir
07.03.2023 14:12

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan tibb müəssisələrində Tədbirlər Planına uyğun olaraq "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda rəhbər heyətin mülki müdafiə məşqləri keçirilir.

 

STM-dən Aztibb.az-a bildirilib ki, növbəti belə məşq Perinatal Mərkəzdə keçirilib.

 

Mərkəzin baş həkimi Təranə Rəcəblininin və kollektivin iştirak etdiyi mülki müdafiə məşqində STM-in Mülki müdafiə bölməsinin aparıcı mütəxəssisi Bənövşə Sayilova çıxış edərək bildirib ki, məşqin keçirilməsində məqsəd rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlər aşılamaqdır.

 

T.Rəcəbli bu kimi məşqlərin tibb heyətinin mülki müdafiə sahəsində bilik və bacarıqlarının, eləcə də praktiki vərdişlərinin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, rəhbərlik etdiyi müəssisədə mülki müdafiə sahəsində aparılan işlərdən danışıb, gələcəkdə atılacaq addımları iştirakçıların diqqətinə çatdırıb.

 

Mərkəzin rəhbəri şərti siqnalı verərək, məşqin başlanmasını elan edib.

 

Mülki müdafiə məşqi 3 siqnal üzrə həyata keçirilib.
İlk siqnalda zəlzələ nəticəsində Perinatal Mərkəzdə dağıntılar və tələfatın olduğu bildirilib.

 

İkinci siqnalda isə baş vermiş zəlzələnin təsirindən Sumqayıt şəhər Etilen-polietilen zavodunda 10 tonluq xlor çəninin dağılaraq ətrafa yayıldığı və nəticədə kimyəvi zəhərlənmələr qeydə alındığı qeyd olunub.
Üçüncü siqnal əsasında həyata keçirilən mülki müdafiə məşqində vurğulanıb ki, zəlzələ nəticəsində mərkəzin elektrik xətlərində yaranmış qısa qapanmadan yanğın baş verib.

 

Çıxış edən Mülki müdafiə qərargahının üzvləri hər 3 halda təhlükələrin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən geniş bəhs ediblər. Mərkəzin həkim pediatrı Leyla Nuriyeva öz növbəsində xlor məhlulunun törətdiyi fəsadlar və ondan qorunmağın yollarından danışıb.

 

Sonda məşqin təhlili aparılıb, gələcəkdə atılacaq addımlar diqqətə çatdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib