Qaraciyər sirrozu ilə neçə il yaşamaq olar? - Hepatoloq AÇIQLADI
07.03.2023 10:26

Həkim-hepatoloq Mariya Praşnova qaraciyərin sirrozu kimi təhlükəli patologiyanın xüsusiyyətləri haqqında müsahibəsində məlumat verib.

 

Aztibb.az bu barədə medikforum.ru-ya istinadla xəbər verir.

 

Həkim M. Praşnova bildirib ki, qaraciyərin sirrozu qaraciyərin zədələnməsi və ya onun xroniki xəstəliyinin nəticəsi kimi inkişaf edə bilər. Çoxları düşünür ki, sirroz alkoqolizmin nəticəsidir, ancaq onun yaranması yalnız bununla əlaqədar deyil.

 

Həkim onun yaranmasını təhrik edən amilləri sadalayıb:

 

piylənmə;
hepatit viruslarına yoluxma;
qaraciyərin avtoimmun xəstəliklərinin inkişafı;
böyük miqdarda zərərli maddələrin orqanlarda toplanması xəstəliyi.

Hepatoloqun sözlərinə görə, əgər insanın qaraciyərində yaranmış fibroz ilk mərhələdə diaqnoz olunursa, onun öhdəsindən sirroza çevrilməmiş gəlmək olar. Fibrozdan fərqli olaraq sirrozdan müalicə mümkün deyil.

 

Praşnova qaraciyər sirrozu ilə nə qədər müddət yaşamağın mümkün olduğunu açıqlayıb.

 

"Birləşdirici toxuma qaraciyərin hüceyrələrinin əvəzinə işləmir, amma müəyyən müddətə qədər hepatositlər öz vəzifəsinin öhdəsindən gəlməyə qadirdir. Bu vəziyyət kompensasiya edilmiş sirroz adlanır, onunla insan orta hesabla təxminən 12 il yaşaya bilər", - deyə həkim qeyd edib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır