Görkəmli kimyaçı alim Əjdər Məcidovun 85 yaşı tamam olur
06.03.2023 16:37

Bu gün görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, akademik Əjdər Məcidovun 85 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Əjdər Məcidov 6 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə qəbul olub və 1960-ci ildə oranı bitirib. Əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda başlayıb. 1964-cü ildə Kimyəvi Fizika İnstitutunun məqsədli aspiranturasını bitirdikdən sonra Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda, Molekulyar Biokimya (Belok İnstitutu) və SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda çalışıb. O, 1987-ci ildən indiyədək Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində fəaliyyət göstərir.

 

Əjdər Məcidov 1966-cı ildə “Stabil radikalların və ion-radikalların iştirakı ilə oksidləşmə-reduksiya reaksiyaları” mövzusunda namizədlik, 1984-cü ildə “Paramaqnit liqandlarla metal kompleksləri” mövzusunda doktorluq işini müdafiə edib. 1985-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

 

Onun tərəfindən ilk dəfə olaraq tərkibində stabil nitroksil radikalı saxlayan paramaqnit liqandlı (Şiff əsaslı, karboksilatlı, ksantokenatlı və s.) metalların kristal­lik kompleks birləşmələri sintez edilib. Onların kristallik və molekulyar quruluşları öyrənilib və paramaqnit mərkəzlər arasındakı məsafələr təyin edilib. İlk dəfə olaraq bu sistemlərdə spin mərkəzləri arasında qarşılıqlı təsirin mübadilə enerjisi hesablanıb.

 

Son illərdə Ə.Məcidovun rəhbərliyi ilə yeni koordinasyon birləşmələrin alınması istiqamətində elmi işlər aparılıb, alınmış birləşmələrin rentgen quruluşu və reaksiyayagirmə qabiliyyəti öyrənilib. Koordinasiya olunmuş o-hidroksi benzil­aminlərin və azometin rabitələrin oksidləşdirici dehidrogenləşmə və reduksiya reaksiyalarının kinetika və mexanizmi öyrənilib. Nitratların reduksiya edilməsi ilə metalların, oksid və karbonatların nanoölçülü tozlarının alınmasının reaksiyalarının yeni hidrotermal metodu işlənib hazırlanıb.

 

 

Azərbaycanda kimya elminin inkişafında mühüm xidmətləri olan alimi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır