Böyrək daşı olanlar necə qidalanmalıdır? - Nefroloq Barat Yusubov açıqladı
06.03.2023 10:20
Həkim-nefroloq Barat Yusubov böyrək daşı olanlar üçün qidalanma məsləhətlərini bölüşüb. 
 
Aztibb.az həkimin feysbuk hesabına istinadla xəbər verir ki, B.Yusubov böyrək daşı zamanı tərkibində oksalat maddəsi olduğu üçün xüsusən çərəz, ispanaq, və kakao istifadəsini azaltmaq lazım olduğunu qeyd edib.
 
"Heyvani protein, kalsium və xüsusilə də pomidorda olan oksalat maddəsi böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir. Xüsusilə böyrək daşı olanlar protein qəbuluna diqqət etməlidirlər. Misal olaraq : Bir yemək qəbulu zamanı heyvani protein qəbul edirsinizsə (hər hansı ət və ya ət məhsulu), digər yemək qəbulu zamanı lifli qidalara üstünlük verin, əgər səhər çox miqdarda pendir yeyirsinizsə, günorta ət xörəyi yeməyin", - deyə həkim əlavə edib. 
 
B.Yusubovun sözlərinə görə, kifayət qədər su içildikdə sidiyin miqdarı artır və bu da maddələr mübadiləsinə və süzülmə prosesinə yaxşı təsir edir. Beləliklə, böyrəklərdə kristallaşma azalır, mövcud olan kiçik kristallar orqanizmdən ifraz olunur. Az su içildiyində isə süzülmə miqdarı azalır və daş əmələ gəlməsinə səbəb olan kalsium, oksalat və oxşar maddələr kristallaşmağa başlayır, zaman keçdikcə daşa çevrilir:
 
"Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik olaraq 2 litrə yaxın su qəbul edin. Əgər siz 2 litr su içib, gündəlik o suyun bədəndən ifraz olmadığını, şişkinlik yaratdığı hiss edirsinizsə, su miqdarını azaltmalı və həkimə müraciət etməlisiniz"
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır