Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar "dəyirmi masa" təşkil olunub
05.03.2023 21:56

2 nömrəli Bakı Baza Tibb Kollecində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar "dəyirmi masa" təşkil olunub.

 

Kollecdən Aztibb.az-a bildirilub ki, tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.

 

Tədbir ictimai fənn müəllimləri Zaur Qasımov, Əsmər Mustafayeva və Afaq İsmayılovanın Ümumilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı məruzələri ilə davam edib.

 

Məruzələrdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi xidmətlərdən bəhs edilib. Hələ ötən əsrin 70-80-ci illərində tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməsindən, tibb elmi və səhiyyə sahəsində mövcud durğunluğun aradan qaldırılmasına nail olmasından danışılıb.

 

Sonda kollecin direktoru Dilarə Məmmədəliyeva “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlərin gənclərimizin və gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır