Sədərək Rayon Mərkəzi Xəstəxanasında uşaqlar üçün tibbi aksiya keçirilib
04.03.2023 13:04

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında uşaqlar üçün tibbi aksiya keçirilib.

 

Naxçıvanın Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, aksiyada Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının ixtisaslı həkim briqadası iştirak edib.

 

Aksiya zamanı pediatriya üzrə 215, nevrologiya üzrə 57, oftalmologiya üzrə 54, kardiologiya üzrə 37 olmaqla, ümumilikdə 363 rayon sakininə müayinə və müalicələr təşkil olunub. Xəstələrdə aşkar olunan diaqnozlara uyğun Sədərək Rayon Mərkəzi Xəstəxanasında dispanserizasiya işi aparılıb.

 

Yerində müayinə və müalicələri mümkün olan xəstələrin müayinə edilərək müalicəsi təmin edilib, daha dərin müayinəyə ehtiyacı olanlar isə Naxçıvan şəhərində uyğun xəstəxanalara yönləndirilib. Dərindən müayinəyə ehtiyac olan şəxslər barədə Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə məlumat verilib və müalicələrinin nəzarətdə saxlanılması haqqında Səhiyyə Nazirliyi tərəfindən tapşırıq verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?